Azərbaycanda 11 aqrokimya laboratoriyası tikildi

17 May 2017 16:46 (UTC+04:00)

"Kənd Təsərrüfatı Nazirliyi ölkənin 11 bölgəsində aqrokimya laboratoriyasının yaradılmasını başa çatdırıb".

Movqe.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə nazir Heydər Əsədov deyib.

Nazirin sözlərinə görə, hazırda mütəxəssislərin hazırlığı prosesi gedir: "Yaxın aylar ərzində bu laboratoriyalarda torpaq təhlilləri aparılacaq".

H.Əsədov qeyd edib ki, bu təhlillər regionlarda kənd təsərrüfatının daha da yaxşılaşmasına kömək edəcək.