Məşhur rokçu 52 yaşında gözlənilmədən öldü

18 May 2017 13:47 (UTC+04:00)

Tanınmış amerikalı rok musiqiçisi Kris Kornel (Chris Cornell) ötən gün 52 yaşında dünyasını dəyişib. Movqe.az-ın sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, məşhur müğənninin ölüm səbəbi hələ ki, açıqlanmır. Ailəsindən bildirilib ki, Kornelin ölümü gözlənilməz olub.  Qeyd edək ki, 1964-ci ilə anadan olan C.Cornell “Soundgarden” və “Audioslave” qruplarının solisti olub.