Yeni “iPhone 8”-in şəkilləri yayıldı

18 May 2017 21:00 (UTC+04:00)

Tərtibatçılar şəbəkədə ilk yeni “iPhone 8” smartfonunun şəkillərini nümayiş etdiriblər. Movqe.az “gazetadaily.ru” saytına istinadən məlumatına görə, əvvəl də bildirildiyi kimi, smartfonun kənar çərçivəsi olmayan ekranı olacaq. Həmçinin şaquli yerləşməsi olan ikili kameraya malik olacaq.

Çox güman ki, şəkillərdə prototip nümayiş olunub. Çünki smartfonun üzərində şirkətin “Apple” loqotipi və yazıları yoxdur. Həmçinin barmaq izləri sensoru görünmür. Şayiələrə görə, bu sensor arxada tərəfdə yerləşməli idi. 

Mütəxəssislər təxmin edirlər ki, bu, smartfonun ilkin tərtibatıdır və “iPhone 8” seriyalı smartfon bəzi fərqlər əldə edəcək. 

Şəklin sayəsində demək olar ki, barmaq izləri sensoru yenə də ekranda olacaq. Halbuki bundan əvvəl də bildirilib ki, 2017-ci ildə “Apple” şirkəti bu texnologiyadan istifadə etməyəcək. Çünki Ancaq hələlik bu texnologiya tam işlənilməyib.