İranda prezident seçkiləri keçirilir

19 May 2017 10:35 (UTC+04:00)

İranda prezident seçkilərində səsvermə başlayıb.

Movqe.az azvision.az-a istinadən  xəbər verir ki, prezident postu uğrunda 6 namizəd mübaribə aparır. Onlar Mostafa Ağa Mirsəlim, İshaq Cahangiri, Həsən Ruhani, İbrahim Raisi, Mokammed Baker Qalibaf və Mostafa Haşemi Tabadır.

İranda prezident seçkiləri ilə yanaşı şəhər Şuralarına və parlamentə əlavə seçkilər də keçirilir.

Qeyd edək ki, namizədlərdən hər hansi birinin seçicilərin səslərinin 50 faizindən artıq yığması seçkilərdə qalib gəlməsi üçün yetərlidir.