Gənc həmyerlimiz musiqi müsabiqəsinin qalibi olub - FOTOLAR

19 May 2017 11:05 (UTC+04:00)

Azərbaycanın gənc musiqi ifaçıları ölkəmizi dünyada layiqincə təmsil etməkdə davam edirlər.  Movqe.az -ın  verdiyi məlumata görə, bu günlərdə onlardan biri, gənc klarnet ifaçısı Mehdi Eyyubov Türkiyənin Antalya şəhərində keçirilən "Harmony" VII Beynəlxalq klassik musiqi müsabiqəsinin qalibi olaraq I yerə layiq görülüb. 

Qeyd edək ki, M. Eyyubov hazırda Türkiyənin Adana şəhərində yerləşən Çukurova Dövlət Konservatoriyasının"nəfəsli və zərb alətlətlər"i şöbəsinin "klarnet" sinifində təhsil alır. Maraqlıdır ki, burada onun müəllimi də atası, İlqar Eyyubovdur.  Onu da vurğulayaq ki, sözügedən müsabiqədə əldə etdiyi nəticə M. Eyyubov üçün heç də ilk uğur deyil. Gənc musiqiçi bir neçə il bundan əvvəl Bakıda keçirilən Nazım Əliverdibəyov adına Ümumşəhər Müsabiqəsində I yerə layiq görülüb. Habelə, Bolqarıstanda və Türkiyənin Ədirnə şəhərində baş tutan Beynəlxalq müsabiqələrdə laureat tituluna sahib olub. 2016-cı ildə İstanbulda keçirilən Pera musiqi festivalında uğur qazanıb.  Bakıda keçirilən Tofiq Bakıxanovun yubileyinə həsr olunmuş musiqi festivalında da  iştirak edib. Azərbaycan Dövlət kamera orkestri, Azərbaycan Dövlət gənclər simfonik orkestri, Trakya konservatoriyasının kamera orkestri kimi kollektivlərdə solist kimi konsertlərə dəvət alıb və iştirak edib.