Bu virusa heteroseksual və homoseksual yolla yoluxma halları artıb

19 May 2017 11:28 (UTC+04:00)

Azərbaycanda İİV-ə cinsi yolla yoluxanların sayı artır. Movqe.az-ın məlumatına görə, bu sözləri bu gün keçirilən tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Esmira Alməmmədova  söyləyib: “Bu gün cinsi yolla yoluxmanın artmasını müşahidə edirik. İİV-lə yaşayan insanların 43,2%-də yoluxma heteroseksual yolla baş verib. Eyni zamanda homoseksual yolla da yoluxmaların sayında artma müşahidə olunur. Üç il bundan əvvəl 1,2 faiz idisə hazırda homoseksual yolla yoluxmalar 2 faiz təşkil edir. 
Cavan qadınlar arasında da yoluxmalar bir qədər artıb. Onlar da inyeksiyon narkomanların cinsi partnyorlarıdır”.

Zülfiyyə QUIUYEVA