Yeni “iPad Mini 5” istehsal olunmayacaq

19 May 2017 21:24 (UTC+04:00)

“Apple” şirkəti yeni “iPad Mini 5” istehsal etmək niyyətində deyil. 

Movqe.az-ın   "İKT.lent.az-a istinadən məlumatına görə, tərtibatçılar deyir ki, hazırda bütün diqqət bu ilin payızının əvvəlində təqdimatı planlaşdırılan “iPhone 8” smartfonuna yönəlib.

Mütəxəssislər qeyd edirlər ki, 7 düym həcmli planşetlər asanlıqla analoji funksiyalara malik “iPhone 7 Plus” smartfonlarını əvəz edə biləcək. Bu planşetlər həmçinin telefon danışıqları funksiyasına da malikdir. Gələcəkdə bu tip cihazların istehsalı bağlanmaq təhlükəsi altında qala bilər. Çünki onların populyarlığı istehlakçılar arasında tədricən azalır. 

Həmçinin məlum olub ki, şirkət hələlik “iPad mini 4”-ü istehsaldan çıxarmaq niyyətində deyil. Ehtimal var ki, gələcəkdə bu seriya dar funksiyalarına görə aşağı salınmış qiymətlərlə satılacaq ki, onlar da asanlıqla istənilən müasir telefonu əvəz edə bilərlər. 

Cari ildə displeyi ətrafında kiçildilmiş çərçivəsi olacaq “iPad Pro” planşetinin təqdimatı da baş tuta bilər. Bu planşet 12 meqapiksel əsas kamera ilə təchiz ediləcək. Cihazın qiyməti və onun təqdimatının dəqiq tarixi ilə bağlı hələlik heç bir məlumat verilmir.