AAF-ın heyəti ümummilli liderin məzarını ziyarət etdi

19 May 2017 18:17 (UTC+04:00)

İslam həmrəylik oyunlarında qənaətbəxş çıxış edən ağırlıqqaldırma millimiz Heydər Əliyevin məzarını ziyarət edib.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Azərbaycan idmanına böyük qayğısı ilə yadda qalan və hazırda bu siyasəti layiqincə davam etdirilən mərhum prezidentin xatirəsinin bu cür anılması ənənə halını almaqdadır.

Fəxri Xiyabana gələn medalçı idmançılar, “Zirvə liseyi”nin şagirdləri, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbər və məşqçi heyəti, həmçinin digər nümayəndələri ulu öndərin məzarı önünə gül qoyublar.