Azərbaycan İslamiadada 65-ci qızıl medalını qazandı

20 May 2017 18:30 (UTC+04:00)

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sərbəst güləş üzrə yarışlarda 61 kq çəki dərəcəsində Hacı Əliyev medal qazanıb.

Movqe.az-ın məlumatına görə, o, qırğızıstanlı Alibek Osmonovu məğlub edib. Bu, Azərbaycanın İslamiadada qazandığı 65-ci qızıl medalıdır.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.