Səudiyyə Ərəbistanı ilə ABŞ 110 milyard dollarlıq hərbi müqavilələr bağlayıblar

21 May 2017 12:30 (UTC+04:00)

ABŞ Ər-Riyadda prezident Donald Trampın və dövlət katibi Reks Tillersonun iştirakı ilə keçirilən mərasim zamanı Səudiyyə Ərəbistanı ilə 110 milyard dollarlıq hərbi müqavilələr bağlayıblar.

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi deyib.

"Prezident və dövlət katibi Tillerson 110 milyard dollarlıq hərbi satışlar üzrə sənədlərin imzalanması mərasimində iştirak edirlər", - nümayəndə deyib.

Onun sözlərinə görə, bu müqavilələr ABŞ və Səudiyyə Ərəbistanı arasında təhlükəsizlik sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirəcəklər.

Ağ Evin verdiyi qiymətləndirilməyə əsasən, müqavilələr ABŞ-da minlərlə iş yerinin yaradılmasına kömək edəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hərbi xərclərə görə, dünyada ABŞ və Çindən sonra üçüncü yerdədir.