Yollar saat neçədən bağlanacaq?-SİYAHI

22 May 2017 11:16 (UTC+04:00)

Bu gün saat 17:00-dan etibarən Bakı Olimpiya stadionunun yerləşdiyi ərazi istiqamətində bütün küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq.  Bu barədə Movqe.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. V. Əsədov deyib ki, bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminin keçirilməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin edilməsi məqsədilə "Azneft" meydanı, Neftçilər prospekti, Heydər Əliyev prospekti, Sabunçu dairəsinədək olan hissə, eləcə də bu əraziyə bitişik, kəsişən, paralel yollar üzrə hərəkət məhdudlaşdırılacaq, istiqamət dəyişdiriləcək: “Hətta Ziya Bünyadov prospekti, eləcə də kəsişən digər yollarda da hərəkət istiqaməti dəyişdiriləcək. Ona görə də sürücülərə şəxsi avtomobillərdən istifadə etməmələri tövsiyyə olunur”. 

Zülfiyyə QULUYEVA