Paltaryuyan maşına istiot töksəniz - FƏRQLİ ÜSUL

22 May 2017 15:37 (UTC+04:00)

Hansı yuyucu vasitədən istifadə olunsa da, qara və tünd rəngli geyimlər elə ilk yuyulmada solur. Düzdür, geyimlərin rəngini təzə, canlı tutmaq üçün bir çox kimyəvi üsul var. Təəssüf ki, bu üsullardan istifadə etmək geyimləri daha çox soldura, ya da rəngini dəyişdirə, qarışdıra bilər. Ancaq təqdim edilən bu üsuldan istifadə etsəniz, qara paltarlarınızın rəngini qoruyarsınız.

Üsul isə çox sadədir. Sizə yalnız istiot lazım olacaq. Yeməklərə qatdığımız qara istiot. Qara paltarlarınızı yumadan əvvəl paltaryuyan maşına bir çay qaşığı istiot tökün. Movqe.az ailem.az-a istinadən bildirir ki, bu, paltarlarınızın rənginin solmasına mane olacaq, təzə kimi saxlayacaq. Ancaq maşının istilik dərəcəsini mümkün qədər aşağı rejimdə qoyun.