Vəkil: Gülər Əhmədova özünü məhkəmədə yaxşı saxladı
14 Fevral 2013 13:25 (UTC+04:00)
Səbayel rayon məhkəməsi keçmiş deputat Gülər Əhmədova barəsində 2
ay həbs qətimkan tədbiri seçib. Bu barədə vəkil Eldar Qədimi
Amerikanın Səsinin müxbiri ilə söhbətində bildirib.
Onun sözlərinə görə, Gülər Əhmədovanın səhhətində narahatlıqlar
olsa da məhkəmədə özünü yaxşı aparıb.
"Səhhətində problemlər həmişə var. Nə etməliyik, dözməliyik. Özünü
məhkəmədə yaxşı saxladı, yaxşı apardı, dözə bildi".
Vəkil deyib ki, Gülər Əhmədova məhkəmədə ona qarşı irəli sürülən
ittihamlarla özünü günahkar saymadığını bildirib.
"İstintaqın gedişindən sonra biz sözümüzü deyəcəyik. Hələ istintaq
getdiyindən bir söz deyə bilmərik. İstintaq hərəkətləri
tamamlanmamış bir söz demək düzgün deyil. Hesab edirəm ki, Gülər
Əhmədova barəsində həbs qətimkan tədbiri seçilməsi düzgün
deyil".
Bununla yanaşı vəkil geniş müsahibə verməkdən imtina edib. Söhbət
zamanı dəfələrlə
müsahibə verməyəcəyini bildirib. "Mənə deyiblər ki, müsahibə vermə,
mən də müsahibə vermirəm", o qeyd edib.