Ronaldo: "Zidan köməkçiləri və futbolçularla həmişə ağıllı rəftar edir"

22 May 2017 13:45 (UTC+04:00)

"Real Madrid"in hücumçusu Kriştianu Ronaldo komandanın baş məşqçisi Zidan haqqında xoş sözlər deyib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, portuqaliyalı ulduz onun işini yüksək qiymətləndirib.

"Zidan işlədiyim ən yaxşı baş məşqçidir? Demək çətindir. Müqayisələr aparmaq istəmirəm. O, fenomenal işlər görür. Zidan köməkçiləri və futbolçularla həmişə ağıllı rəftar edir. Bir məşqçi kimi öyrənməyə davam edir. Ona futbolçu kimi heyran idim. İndisə baş məşqçi kimi rəğbətimi qazanıb".