Rusiya KTMT üzvü olan ölkələrə yeni silah sistemləri verəcək

22 May 2017 21:30 (UTC+04:00)

Rusiya 2017-ci ildə KTMT üzvü olan ölkələrə yeni silahlar, həmçinin vertolyotlar və müdafiə sistemləri çatdırmağı planlaşdırır. Movqe.az bildirir ki, bu barədə Sputnik agentliyinə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqay məlumat verib.

Bundan başqa, KTMT baş katibinin müavini Valeri Semerikovun sözlərinə görə, qurum ən yaxın illərdə çevik hərbi dəstələrinə pulsuz silah verilməsini nəzərdə tutan planı reallaşdıra bilər.