Terror təşkilatı insanlar üzərində kimyəvi təcrübə aparır

22 May 2017 22:30 (UTC+04:00)

Movqe.az beynəlxalq xəbər agentliklərinə istinadən məlumat verir ki, İŞİD-in  İraqın Mosul şəhərində insanlar üzərində kimyəvi silah təcrübəsi apardığı  ortaya çıxıb. İngilis The Times qəzetinin təşkilatın Mosul Universitetində tapılan sənədlərinə istinadən verdiyi xəbərə görə, 3 il ərzində davam edən təcrübələr Nasist dövründəki tətbiqləri xatırladır. Təşkilatın asanca əldə edilə bilən böcək dərmanlarını istifadə edərək silah yaratmağa çalışdığı, əsirlər üzərində də sınaq keçirdiyi bildirilir. Sənədlərdə, üzərində test edilən ən az 2 əsirin öldüyü barədə məlumatlar var.  İkinci Dünya Müharibəsində Nasist Doktor Josef Mengele, əsirlər üzərində təcrübələr aparırdı.