Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilir (CANLI YAYIM) (FOTO)

22 May 2017 21:01 (UTC+04:00)

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilir.

Movqe.az-ın məlumatına görə, bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak edirlər.

Qeyd edək ki, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 54 ölkəni təmsil edən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan milli komandası yarışları birinci yerdə başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medal. 71 qızıla malik Türkiyə ikinci, 39 qızıl medal qazanmış İran isə üçüncü yeri tutub.