Bu gün Abbasın toyudur

23 May 2017 09:46 (UTC+04:00)

Bu gün əməkdar artist Abbas Bağırovun toyudur. 

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, müğənninin özəl günü restoranların birində baş tutacaq. Gəlinin olmayacağı məclisə şou-biznes nümayəndələri dəvət olunub. 

Qeyd edək ki, A.Bağırov özünə üç gün toy edəcəyini deyib. Bir neçə gün əvvəl ifaçının Gəncədə qız toyu baş tutub. A.Bağırovun ailə qurmağa hazırlaşdığı xanım qohumudur.