Marselo Bielsanın yeni iş yeri məlum olub

23 May 2017 11:25 (UTC+04:00)

Tanınmış argentinalı mütəxəsis Marselo Bielsanın yeni iş yeri məlum olub. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, 61 yaşlı məşqçi "Lille" klubuna baş məşqçi təyin olunub. Onun bu postu tutacağı barədə informasiya hələ fevral ayında ortaya çıxmışdı. Bielsa "Lille" ilə 2018-ci ilin yayına kimi müqavilə imzalayıb. Sabah təşkil olunacaq mətbuat konfransında argentinalı çalışdırıcı jurnalistlərin suallarını cavablandıracaq. O, 2014-15-ci ildə Fransada "Marseille" klubunda baş məşqçi olmuşdu.