"Azad Ticarət Zonası haqqında qanun hazırlanıb"

23 May 2017 12:57 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində ATZ üzrə hesabatın təqdimatı zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, "DP World" şirkəti ilə ötən il müqavilə imzalanıb:

"Bu müddət ərzində şirkət böyük işlər görüb. Bunu 3 əsas istiqamətə bölmək olar. Bu, ərazinin baş planının hazırlanması, "Azad Ticarət Zonası haqqında" qanun layihəsinin işlənməsi, eləcə də layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasıdır".