Səfirlik: Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb

23 May 2017 14:16 (UTC+04:00)

 "Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi bildirir ki, hazırda olan məlumata görə Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb".

Bu barədə "Report"a Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Amma məsələ ilə əlaqədar səfirlik Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək", - deyə, Hikmət Hacıyev bildirib.
Qeyd edək ki, mayın 22-si axşam saatlarında "Mançester Arena"da keçirilən konsert zamanı partlayış baş verib. İnsident zamanı 22 nəfər ölüb, təqribən 60-a yaxşı şəxs yaralanıb.