Böyük Britaniyanın Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq

23 May 2017 16:36 (UTC+04:00)

Mançesterdə baş vermiş terror aktı nəticəsində dünyasını dəyişənlərin xatirəsini yad etmək üçün Böyük Britaniyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabı açılacaq.
 
Movqe.az-ın səfirliyə istinadən verdiyi məlumata görə, kitab mayın 24-25-də saat 10:00-12:00 və 14:00-16:00 arası açıq olacaq. Hadisə ilə əlaqədar səfirliyin qarşısındakı bayraq yarıya qədər endirilib.

APA