Rusiyali politoloq Oleq Kusnetsov Aqrar Universitetdə mühazirə oxuyub - Fotolar

23 May 2017 15:36 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun lektorlar qrupunun üz vü, rusiyalı politoloq və hüquqşünas alim Oleq Kuznetsov Aqrar Universitetin Aqrobiznes və idarəetmə fakültəsində mühazirə oxuyub.
ADAU-nun mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, təhsil müəssisəsinin tədris işləri üzrə prorektoru Anar Hətəmov rusiyalı qonağı rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun adından salamlayıb, politoloqun Qarabağ həqiqətlərinin Rusiyada tanıdılmasında gördüyü işlərdən danışıb.
Oleq Kuznetsov çıxışı zamanı Azərbaycana səfərləri çərçivəsində Gəncədə bir necə dəfə olduğunu deyib və bildirib ki, ermənilərin Azərbaycana torpaq iddiaları tarixin bütün dönəmlərində olub. Əslində məsələ tək bununla bitməyib. Erməni terroru transmilli terrora qədər yüksəlib.
Mühazirədən sonra politoloqun «XX əsrdə transmilli erməni terrorizmi Tarixi-kriminoloji tədqiqat» kitabının təqdimatı olub. Xocalı soyqırımının Rusiya Dumasında tanınması üçün yaradılan petisiyaya ictimaiyyətin cəlb olunmasına dair fikirlər səsləndirilib.

ƏLİHÜSEYN ŞÜKÜROV