Əli Abbasova yeni vəzifə verildi

24 May 2017 12:45 (UTC+04:00)

Azərbaycanın keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib.

Movqe.az xəbər verir ki, bu barədə qərar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb.

AMEA prezidneti Akif Əlizadə bildirib ki, Əli Abbasov akademiyanın müşaviri təyin olunub.