Bakıda hündürlükdən yıxılan fəhlənin boğazına dəmir parçası batıb

25 May 2017 10:49 (UTC+04:00)

 Bakının Binəqədi rayonunda fəhlə bədbəxt hadisə nəticəsində xəsarət alıb.

"Movqe" xəbər verir ki, hadisə Xocasən qəsəbəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Dövran Adıgözəlov fərdi yaşayış evlərindən birinin ikinci mərtəbəsində iş görən zaman yerə yıxılıb. Nəticədə yerdə olan dəmir parçası onun boğaz nahiyəsinə batıb. Həmçinin kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib.