Qəzada yaralanan şəxs 6 gün sonra öldü

25 May 2017 15:21 (UTC+04:00)

6 gün əvvəl Sabunçu rayonunun Pirşağı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxs vəfat edib. Movqe.az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, mayın 19-da Bakı şəhər sakini Ceyhun İsayev idarə etdiyi “BMW” markalı avtomobillə velosiped sürən qəsəbə sakini Qeyrət Orucovu vurub. 

Xəstəxanaya yerləşdirilən Q.Orucov dünən dünyasını dəyişib. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.