Piyadanı öldürüb qaçan sürücü yaxalandı

25 May 2017 16:10 (UTC+04:00)

Ötən ay avtomobili ilə piyadanı vuraraq qaçan şəxs ələ keçib. Movqe.az-ın Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən məlumatına görə, aprelin 30-da Bərdə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Zabil Məmmədov vurulub və o, hadisə yerində ölüb.
Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Ford” markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobili həmin vaxt idarə etməkdə şübhəli bilinən Ağdam rayon sakini Nofəl İbrahimov saxlanılıb.