ABŞ üç dövlətə qarşı yeni sanksiyalar daxil etməyə hazırdır

25 May 2017 20:30 (UTC+04:00)

Amerikalıların təhlükəsizliyinin təmin olunmasına ehtiyac olduğu halda ABŞ İran, Suriya və Şimali Koreyaya qarşı yeni sanksiyalar daxil etməyə hazırdır. Bu barədə maliyyə naziri Stiven Mnuçin ABŞ Konqresində çıxış edərkən deyib.

“Maliyyə Nazirliyindən asılı olan hər şeyi edəcəyik ki, ABŞ vətəndaşlarını qoruyaq” nazir belə deyib.