Misir "Əl-Cəzirə"ni bloklayıb

25 May 2017 21:30 (UTC+04:00)

Misir bir sıra xarici informasiya agentlikləri, o cümlədən "Əl-Cəzirə" də daxil olmaqla, 21 saytı bloklayıb. Movqe.az-ın məlumatına görə, bu barədə "Reuters" Misirin MENA agentliyinə istinadən xəbər yayıb. Bu saytlar terrorizmi dəstəkləməkdə ittiham olunurlar. Bildirilir ki, terrorizm və ekstremizmi dəstəklədikləri və yalan informasiyalar yaydıqları üçün bu media orqanlarına qarşı hüquqi tədbir görüləcək.