Qusarda 33 yaşlı ruhi xəstə özünü talvardan asdı

26 May 2017 10:36 (UTC+04:00)

Qusar rayonunda intihar hadisəsi baş verib.

Movqe.az-ın Trend- ə istinadən  məlumatına görə, hadisə mayın 25-də axşam saatlarında rayonun Çağar Qışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Mahir Məbulla oğlu özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib.

M.Əhmədovun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.