Xərçəngdən əməliyyat olunan aktrisaya həkimlər qadağa qoydu

26 May 2017 12:11 (UTC+04:00)

Ağciyər xərçəngi diaqnozu qoyulan və Amerikada əməliyyat olunan “Yeşilçam” ulduzu Hülya Koçiyitdən xəbər var. 

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, 2 gün reanimaisyada qalan aktrisa palataya köçürülüb. Lakin həkimlər aktrisaya 15 gün təyyarəyə minməyi qadağan ediblər. Səhhətinin və əhvalının yaxşı olduğu deyilən Koçiyiti ailəsi Amerikada da tək qoymayıb.
 
Aktrisanın əri Selim Soydan, qızı Gülşah Alkoçlar və kürəkəni Ender Alkoçlar bir an olsun belə, onun yanından ayrılmırlar.