Ankarada axşam saatlarında aksiyalar qadağan edildi

26 May 2017 17:24 (UTC+04:00)

Türkiyənin Ankara valiliyi axşam saatlarında aksiya keçirilməsini qadağan edən qərar qəbul edib.

Movqe.az-ın trend-ə istinadən məlumatına görə, qərara əsasən hava qaraldıqdan sonra bütün şəhər ərazisində yüksək səslə mahnılar və marşların oxunduğu, şüarların səsləndirildiyi aksiyalar keçirmək qadağan edilir.

Qərarın qəbul edilməsi səbəblərindən kimi nümayişlər zamanı terror aktlarının törədilməsi ehtimalı göstərilir.