Miri Yusif yenə ata olacaq - foto

26 May 2017 15:37 (UTC+04:00)

Müğənni Miri Yusif üçüncü dəfə ata olacaq. 

Movqe.az-ın məlumatına görə, bu barədə ifaçı sosial şəbəkədə bildirib. O, xanımı ilə fotosunu paylaşaraq “Atalar üçdən deyib” yazıb. 

Qeyd edək ki, Miri Yusifin Mir Hüseyn və Adel adlı iki övladı var.