Bülent Ersoyu ilan sancıb

26 May 2017 16:06 (UTC+04:00)

Hindistana gedən Türkiyənin məşhur müğənnisi Bülent Ərsoyu ilan sancıb.

Movqe.az azvision.az-a istinadən xəbər verir ki, müğənni “Dünya Gözəllərim” proqramının çəkilişləri zamanı istidə özünü yaxşı hiss etməyib və dincəlmək üçün çəmənliyə gedib.

İstirahət etdiyi zaman Bülent Ərsoyun sol ayağından ilan sancıb. Yaxınlıqdakı insanları köməyə çağıran B.Ersoy ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.