Mədət Quliyev: Azərbaycanda digər dövlətlərin maraqları çoxdur və təbii ki, burada casuslar da var

27 May 2017 09:11 (UTC+04:00)

Azərbaycanda digər dövlətlərin maraqları çoxdur və təbii ki, burada casuslar da var.

Movqe.az-ın məlumatına görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev deyib.

M.Quliyev qeyd edib: "Casus şəbəkəsi ilə bağlı məlumatlar tərəfimizdən Müdafiə Nazirliyinə verildi. Ancaq bu əməliyyatı Müdafiə Nazirliyinin rəhbərliyi möhtərəm Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirdi".