Bəzi rayonlara dolu düşəcək

28 May 2017 15:49 (UTC+04:00)

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturunun gecə 14-16° isti, gündüz  21-26° isti olacağı gözlənilir. Bakıda gecə  14-16° isti, gündüz  23-25° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  gecə  70-80 %, gündüz  55-65 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarına gəlincə, martın 29-da hava şəraitinin əsasən yağmursuz olacağı, səhər  və gündüz bəzi yerlərdə şimşək çaxacağı,  yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz  25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.