Polis oğlu anasını öldürdü, qanı ilə "smile" çəkdi - FOTO

28 May 2017 18:06 (UTC+04:00)

Hindistanda oğul anasını öldürüb, sonra da onun qanı ilə yerə "smile" çəkib.

Movqe.az milli.az-a istinadla bildirir ki, Dipali Qanoranın cəsədi onun əri tərəfindən Hindistanın Mumbai şəhərindəki evdən tapılıb.

Qadının polis əri evə gələrkən hər tərəfin qan olduğunu görüb, dəhşətə gəlib. O, arvadının qanı ilə yazılan sözləri oxuyanda qorxuya düşüb. Oğul anasının qanı ilə yerə yazıb:

"Ondan bezmişdim. Məni tut və as".