Bundestaqın deputatı: Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını Madrid prinsipləri təşkil etməlidir

28 May 2017 21:43 (UTC+04:00)

Madrid prinsipləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsasını təşkil etməlidir.

Movqe.az-ın verdiyi məlumata görə, bunu Almaniya Bundestaqının deputatı Kristof Berqner deyib.

O, deyib ki: "Mənim fikirimcə, biz hamımız başa düşməliyik ki, bu münaqişənin həllinin əsasını məhz Madrid prinsipləri təşkil etməlidir. Almaniya bu münaqişəni həll edə bilməz. Münaqişə ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmalıdır və yalnız danışıqlar vasitəsilə".Trend