Xırdalanda ev yanıb

29 May 2017 22:13 (UTC+04:00)

Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 74 m2 olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 25 m2 sahədə yanıb. 

Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.