3 geyim mağazası yanıb

30 May 2017 09:00 (UTC+04:00)

Lerik rayonunda mərkəzi bazarın ərazisində bir dam altında tikilmiş, ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 73 m2 olan 3 geyim mağazalarının yanar konstruksiyaları yanıb.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 02:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.