Elman Rüstəmov manatın məzənnəsindən danışdı

30 May 2017 10:13 (UTC+04:00)

2017-ci ilin əvvəlindən Azərbaycan manatı 4 faiz möhkəmlənib.

Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov "İqtisadi islahatlar: nəticələr və məsləhətlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, özünün ən pis göstəricisindən bu yana manat 11 faiz möhkəmlənib:

"Hazırda manatın məzənnəsi üçün təhlükə yoxdur".