FİFA Almeyda ilə bağlı qərarını açıqladı

30 May 2017 14:56 (UTC+04:00)

FIFA-nın müvafiq komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Riçard Almeydanın milli komandada oynamaqla bağlı müraciətinə baxıb və məsələnin həllini mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verib. 

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, AFFA rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb.