İsmayıllının icra başcısı işdən çıxarıldı

14 Fevral 2013 19:30 (UTC+04:00)

Azərbaycan prezidenti Nizami Ələkbərovun İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. M. Sadıqov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru idi.