Danimarkalılar milli geyimlərimizə heyran qaldılar-VİDEO

30 May 2017 15:05 (UTC+04:00)

Danimarkada Dünya Mədəniyyət Mərkəzinin və Kultur MİX məktəbinin birgə təşkilatçılığı ilə dünya xalqlarının geyimləri təşkil olunub.

Bu barədə məlumat verən Danimarka-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Kəmalə Hüseynova verib.

“Kultur Mix-də fortepiano müəlliməsi olmaqla yanaşı, Dünya Qadınlar Cəmiyyətinin üzvüyəm. Böyük konsert proqramı ilə birlikdə hər dövlət öz milli geyimini nümayiş etdirirdi. Mən də Azərbaycan dizaynerlərinin hazırladığı və bir zamanlar hədiyyə olunan milli geyimlərimizi nümayiş etdirdi. Əsasən ipək,buta ornamentli kəlağayımız haqqında Danimarkalılara məlumar verildi. Milli geyimimizin da buta ornamentləri ilə işləndiyi vurğulandı. Təbdir gözəl keçdi və milli geyimizə böyük maraq var idi”.