Xəzərdə zəlzələ olub

31 May 2017 10:35 (UTC+04:00)

Xəzər dənizində zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  Movqe.az-a verilən məlumata görə, mayın 30-da yerli vaxtla saat 17:33-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

44 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3.6 olub. Zəlzələ hiss olunmayıb.