Bakı həbsxanasında ağbirçək ana şoku

15 Fevral 2013 10:42 (UTC+04:00)

Bakı Şəhər Polis İdarəsindən Movqe-a verilən məlumata görə, 7 saylı cəzaçəkmə müəssisəsində 81 yaşlı Ofiq Babayeva tanışı Aydın Xıdırov ilə birlikdə həbsdə olan oğlunun görüşünə gəlib. Onların gətirdiyi sovqat yoxlanarkən şampunun içərisindən narkotik maddə çıxıb. Şampunun içərisində 4,093 qram heroinin gizli yolla cəzaçəkmə müəssisəsinə keçirilməsinin qarşısı alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin külli miqdarda narkotik maddəsi saxlama və gəzdirmə maddəsi ilə cinayət işi başlanıb.