“Kösem” yayımdan qaldırılır

31 May 2017 16:48 (UTC+04:00)

Türkiyənin ən böyük büdcəli tarixi serial “Muhteşem Yüzyıl: Kösem” ekranlarla vidalaşır. Movqe.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, iki sezondur ki, tamaşaçı qarşısına çıxan layihə 60-cı bölümdə final edəcək. 

FOX TV Beren Saat serialdan getdikdən sonra reytinqdə xeyli geriləyən layihə barədə qərar qəbul edib. Əvvəlcə, İbrahim Sultanın həyatını 3-cü sezonda çəkmək istəyən layihə prodüserləri də bu fikirdən daşınıb.

13-dən çox ölkəyə satılan serial bu sezon yayımdan qaldırılır. Ekran işinin 56-ci bölümündə Bağdad fatehi 4-cü Murad Sultanın ölümü göstərilib və 3 bölümdə Şahzadə İbrahimin hökümdar olması və onun fəaliyyəti göstəriləcək.