“Azəristiliktəhcizat” Adil Əliyevə cavab verdi
15 Fevral 2013 13:49 (UTC+04:00)
""Azəristiliktəhcizat"ın gördüyü işlər göz qabağındadır. Biz
işləyən heç bir qazanxananı söküb yerində yeni qazanxana tikmirik.
İri qazanxanaların sökülməsinə gəlincə, onu deyə bilərəm ki, fərdi
məhəlli qazanxanaların tikintisi həyata keçirilir ki, hansı ki, o
qazanxanalar 10-15 evi istiliklə təmin edə bilir.
"Azəristiliktəhcizat" ASC hökümətin bu qurmun qarşısında
qoyduğu işləri həyata keçirir. Adil Əliyev niyə belə deyir
bilmirəm".
Bu sözləri Movqe.az-a açıqlamasında millət vəkili Adil Əliyevin bu
qurumun ünvanına səsləndirdiyi ittihamlara cavab olaraq
"Azəristiliktəhcizat"ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi
Rafiq Əliyev söyləyib. Rafiq Əliyevin sözlərinə görə, hazırda
köhnə, sovet dövründən qalma iri qazanxanalar sökülmür. Amma həmin
qazanxanalar modernləşdirilir. 1960-1970-ci illərdə tikilən
qazanxanaların əksəriyyəti aşınmaya məruz qalıb. Müasir tələblərə
cavab vermədiyindən dəyişikliklər aparılır. Bu da tikinti norma və
qaydalarına uyğun həyata keçirilir".
R. Əliyev millət vəkili Adil Əliyevin problemlərlə bağlı
"Azəristiliktəhcizat"ASC-ə müraciət edibmi sualımıza belə cavab
verdi: "A. Əliyev rəsmi müraciət edəndə biz ona cava veririk".
Teleqraf.com-un məlumatına görə, bu gün Adil Əliyev
"Azəristiliktəhcizat"ASC-nin ünvanına tənqidi fikirlər səsləndirib.
Bildirib ki, "Azəristiliktəchizat" Səhimdar Cəmiyyətinin fəaliyyəti
onu narahat edir: "Bu qurumun fəaliyyəti ilə bağlı müəyyən
problemlər yaranıb. Mən ötən sessiyada da bu məsələni qaldırdım.
Ziyafət müəllim, siz özünüz də dediniz ki, bu məsələyə diqqət
edəcəksiniz və lazımı göstərişlər verəcəksiniz. Ancaq bu günə qədər
problemlər həll edilməyib. Bu da məni və secicilərimi narahat edir.
İndiyə qədər ASC-nin yarımçıq qoyduğu işlər var. Küçələrdə asfalt
örtüklərində aparılan işləri yarımçıq qoyub başqa yerlərdə iş
aparmaq doğrudurmu? Böyük qazanxanalar sökülür və insanların
yaşadığı mənzillərin yanında kiçik qazanxanalar tikilir. Bu qanunla
da qadağandır. Mən bir daha xahiş edirəm ki, sizdə bu məsələyə
diqqət edin ki, problem aradan qalxsın".