Diabet məktəbində təlimlərə başlandı

15 Fevral 2013 16:45 (UTC+04:00)
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Diabet Cəmiyyətinin birgə "Diabet Məktəblərinin təşkili" layihəsi çərçivəsində İSİM-də fəaliyyət göstərən Diabet məktəbində 2013-cü il 18-22 fevral tarixində şəkərli diabet xəstələri, 25-27 fevral tarixində isə risk qrupuna aid əhali üçün pulsuz təlimlər keçirilir. Bu məlumat Mövqe.az-a  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilib.  Məlumata görə, həkim-endokrinoloq tərəfindən aparılan təlimlər zamanı iştirakçılara şəkərli diabetlə bağlı biliklər aşılanır, maarifləndirici materiallar paylanır. Arzu edənlər aşağıdakı ünvana müraciət edə bilərlər!
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi
Bakı ş., H.Zərdabi küç., 96 (20 Yanvar Metrosu, keçmiş Ailə və Sağlamlıq Mərkəzinin binası)
Əlaqə tel.:

(012) 430-1028

(012) 431-6261

(012) 496-9235