Bir qıçı 107 kilodur

17 Fevral 2013 10:06 (UTC+04:00)
Movqe.az xəbər verir ki, İngiltərədə adı belə olmayan bir xəstəlik üzündən 3 il əvvəl sol ayağı amputasiya edilən, (ətrafın, yaxud hər hansı digər orqanın periferik hissəsinin kəsilməsindən ibarət cərrahi əməliyyat)  sağ qıçı isə 107 kilo ağırlığına çatan Mandyi Sellarsın ayağı davamlı olaraq böyüyür. Kembric Universitetinin alimləri keçən il qan toxuma nümunələrindən Mandinin DNT-xəritəsini çıxarıb. Yeni analizlərə görə Mandidə heç kimdə görülməyən bir xəstəlik var. Elm adamı Robert Sample, Mandinin müalicəsi üçün bir dərman hazırladıqlarını açıqlayıb. Alimlər, Mandinin "mutasiyaya uğrayan gen" inin, "müalicə edici bir gen" dəyişdirməsini düşünür.